Emrelinin baş məşqçisi 4 aydan sonra qovuldu, yenisi gəldi - RƏSMİ
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo"da yeni baş məşqçi təyinatı rəsmiləşib.
mediasport.az xəbər verir ki, Xorvatiya təmsilçisi Çempionlar Liqasındakı uğursuzluğa görə İqor Bisçanı istefaya göndərib.
Zaqrebliləri Çexiyanın "Sparta" klubu ilə UEFA Avropa Liqasının pley-off oyunlarına 46 yaşlı Sergey Yakiroviç çıxaracaq.
"Riyeka"dan ayrılan bosniyalı mütəxəssis yeni komandasında avqustun 25-dən işə başlayacaq.
Qeyd edək ki, Bisçan "Dinamo"ya 2023-cü ilin aprelində baş məşqçi təyin edilmişdi.