Xorvatiya mətbuatı Emreli haqda: "Mahir tamamilə gözdən itib

Xorvatiya mətbuatı Emreli haqda: "Mahir tamamilə gözdən itib

Zaqreb "Dinamo"sunun heyətinə düşə bilməyən Mahir Emreli Xorvatiya mətbuatında davamlı müzakirə olunan futbolçulardan biridir.

mediasport.az xəbər verir ki, növbəti belə xatırlatma çempionatın "Osiyek" - "Dinamo" matçı zamanı xorvat həmkarlarımızın komandada nadir hallarda meydana çıxan futbolçuların müzakirəsi zamanı olub.

Xorvatiyalı jurnalistlərin fikrincə, Emreli uzun müddətdi oynamamasına baxmayaraq, hələ tükənməyib, şansını gözləyir: "Mahir tamamilə gözdən itib. Ancaq o, niyə də özünə gəlməsin, qayıtmasın? Azərbaycanlı forvard qətiyyən tükənməyib, ona görə də performans baxımından narahat olacaq bir şey yoxdu".

"Dinamo"nun baş məşqçisi Ante Çaçiç Mahirə nə Çempionlar Liqası matçlarında, nə də ölkədaxili yarışlarda güvənir.