"Göygöl"ə "Şəmkir"lə ev oyunundan sonra texniki məğlubiyyət verildi
AFFA Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Göygöl"ə texniki məğlubiyyət (0:3) verib.
Mediasport.az xəbər verir ki, buna 3-cü turda "Şəmkir"lə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub.
Eyni zamanda, "Göygöl" 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat ziyana düşüb.
Həmçinin, klub iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80, xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində "A buraxılışı" vəsiqəsi olmadığına görə isə 50 manat cərimə ödəməli olacaq.
16 sentyabrda keçirilən "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.