Sumqayıt stadionu ilə bağlı YENİ QƏRAR: Oyun axşam keçiriləcək

Sumqayıt stadionu ilə bağlı YENİ QƏRAR: Oyun axşam keçiriləcək

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına şəhər stadionunun işıqlandırılma sistemi ilə bağlı çatışmazlıqlar aradan qaldırılıb.

Mediasport.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası əsaslı yenidənqurmadan sonra istifadəyə verilən arenada axşam saatlarında oyunların keçirilməsinə icazə verib.

Çempionatın təşkilinə və keçirilməsinə cavabdeh PFL bununla bağlı məlumat paylaşıb.

Beləliklə, stadionun işıqlandırılmasında heç bir çətinlik olmadığı üçün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Sumqayıt” - “Kəpəz” oyunu əvvəlcədən planlaşdırıldığı kimi saat 16:00-da yox, 19:00-da başlanacaq.

Görüş martın 1-də keçiriləcək.