Azərbaycan UEFA reytinqində mövqeyini Bolqarıstana təhvil verdi
Avrokubokların əsas mərhələsinin 5 və 6-cı tur görüşlərinin ardından ölkələrin UEFA reytinqi yenilənib.
Mediasport.az xəbər verir ki, Azərbaycan sıralamada geriləyib.
Ölkəmiz avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ"ın İsveçdə "Elfsborq"a məğlubiyyətilə (0:1) 1 pillə geri düşərək 28-ci sırada qərarlaşıb.
Azərbaycanın aktivində 19,625 əmsal var.
Bolqarıstan Azərbaycana çatıb, cari mövsüm əldə olunan nəticələrə əsasən bu ölkə 27-ci sıradadır.
55 ölkənin yer aldığı reytinqə 99,374 xalla İngiltərə başçılıq edir.