"Qarabağ" Kiyev "Dinamo"sunun hücumçusunu transfer edir?

"Qarabağ" Kiyev "Dinamo"sunun hücumçusunu transfer edir?

"Qarabağ" Ukrayna millisi və Kiyev "Dinamo"sunun hücumçusu Artyom Besedinlə maraqlanır.

mediasport.az xəbər verir ki, bu barədə məlumatı "sport.ua" saytı paylaşıb. Ukraynalı həmkarlarımız Ağdam klubunun 26 yaşlı forvardı yaydan izlədiyini və heyətə qatmaq istədiyini yazır.

İddiaya görə, futbolçunun "Qarabağ"a keçidi qış fasiləsində reallaşa bilər. 9 ildi Kiyev klubunun formasını geyinən Besedin "Kasımpaşa" və "Sivasspor"un da maraq dairəsindədir. O, Ukrayna millisinin heyətində 19 oyuna 2 qol vurub.