"Qarabağ" - "Olimpiya" oyununun biletləri bu gün satışa çıxarılır

"Qarabağ" - "Olimpiya" oyununun biletləri bu gün satışa çıxarılır

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununun biletləri bu gün saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.

Klubdan mediasport.az saytına verilən məlumata görə, avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşləri üçün biletlərin qiyməti 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.