Bakı klubu 2 gün əvvəl transfer etdiyi futbolçunu yola saldı - RƏSMİ
"Səbail" 2 gün öncə "Zirə"dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.
MediaSport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyənin "Ümraniyespor" komandasından rəsmi dəvət alıb.
Diniyevin Bayıl klubu ilə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb.
Qeyd edək ki, "Ümraniyespor" ötən mövsümün sonunda I Liqaya düşüb.