Azərbaycan yığmasının üzvü Fransada klubunu dəyişdi

Azərbaycan yığmasının üzvü Fransada klubunu dəyişdi

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Baydyukun klubunu dəyişib.

Mediasport.az xəbər verir ki, hücumçu Fransanın başqa bir Yüksək Liqa təmsilçisi "Voleybol Romans" ilə müqavilə imzalayıb.

Xatırladaq ki, Anastasiya ötən mövsüm bu ölkənin “Orlean” komandasında forma geyinib.

Yığmamızın üzvü daha əvvəl Azərbaycan, Macarıstan və Polşa çempionatlarında da çıxış edib.