"Azərreyl" İspaniyada cavab oyununa çıxacaq - Çelenc Kuboku

"Azərreyl" İspaniyada cavab oyununa çıxacaq - Çelenc Kuboku

Bu gün qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunun 1/16 final mərhələsində cavab oyunun keçirəcək.

Mediasport.az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv İspaniyada “Avarka de Menorka” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tərəflər arasında noyabrın 9-da Bakıda baş tutan ilk matç Azərbaycan çempionunun qələbəsilə yekunlaşıb - 3:1 (23:25, 25:15, 25:19, 25:23).

"Dəmiryolçular" turu keçsələr, növbəti mərhələdə Fransanın “Neptunes Nant" və Çexiyanın “Olimp Praqa" klublarının qalibi ilə üz-üzə gələcək. Bu cütün ilk oyununda Fransa təmsilçisi 3:0 hesablı qaələbə qazanıb.