"Azərreyl" mərhələ adladı - 1/16 finalda rəqib Almaniya klubu olacaq

"Azərreyl" mərhələ adladı - 1/16 finalda rəqib Almaniya klubu olacaq

Qadın voleybolçulardan ibarət "Azərreyl" Çağırış Kubokunda cavab oyununu keçirib.

mediasport.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin cavab oyununda Slovakiyanın "Slaviya" klubunu 3:0 hesabı ilə məğlub edib - 26:24, 25:14, 25:21.

1/16 finala vəsiqə qazanan "Azərreyl" dünən keçirilmiş ilk qarşılaşmada da rəqibdən üstün olmuşdu - 3:1. Komandamızın növbəti mərhələdə rəqibi Almaniyanın "VFB 91 Zul" komandası olacaq.