Nazir müavini karyerasını başa vuran millinin üzvü ilə görüşdü
Gənclər və idman nazirinin müavini Mariana Vasileva karyerasını başa vuran Zöhrə Ağamirova ilə görüşüb.
Mediasport.az xəbər verir ki, qurum rəsmisi bu barədə sosial şəbəkədə paylaşım edib.
O, peşəkar karyerasını Bakıda keçirilən “Qış nağılı” turnirində başa vuran Ağamirovaya uğurlar arzulayıb:
“Zöhrə, seçdiyiniz yolda zəhmətinizə görə çox sağ olun. Bizə bəxş etdiyin xoşbəxtlik üçün təşəkkür edirik. Sizə cansağlığı, uğurlar və yeni sahədə yeni qələbələr arzulayıram. Mən həmişə səninləyəm”.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısıdır.