"Plovdiv Cup": Azərbaycan millisinin heyəti açıqlanıb

  "Plovdiv Cup": Azərbaycan millisinin heyəti açıqlanıb

Bolqarıstanda aerobika gimnastikası üzrə "Plovdiv Cup" beynəlxalq yarışı keçiriləcək.

Mediasport.az xəbər verir ki, 30 avqust - 1 sentyabrda baş tutacaq turnirdə böyüklərdən ibarət Azərbaycan yığmasının nümayəndə heyətinin tərkibi açıqlanıb.

Kolev Mariyanın məşqçiliyi altında Qurbanova Dilarə (fərdi), Quliyeva Xədicə (fərdi), Bejanova Leyla (fərdi), Dolmatov Vladimir və Mustafayeva Mədinə (qarışıq cütlük), Dolmatov Vladimir, Mustafayeva Mədinə və Qurbanova Dilarə (üçlük), Quliyeva Xədicə, Bejanova Leyla və Ağayeva Arzu (üçlük) mübarizə aparacaqlar.