Bakıda Dünya kubokunun yüksək səviyyədə baş tutması üçün hər cür şərait yaradılıb - Fərid Qayıbov
Bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, 10-cu dəfə ölkəmizdə təşkil olunan turnirin mərasimi Gimnastika Arenasında baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqində ölkəmizdə gimnastikanın illər ərzində böyük inkişaf yolu keçdiyini deyib.
Avropa Gimnastikasının prezidenti Dünya kubokunun iştirakçılara uğurlar arzulayıb:
"Milli Gimnastika Arenası uzun illərdir planetin aparıcı gimnastlarının iştirak etdiyi bu yarışa ev sahibliyi edir. Dünya Kuboku artıq ənənəvi xarakter daşıyır. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Təşkilatçılar Dünya kubokunun yüksək səviyyədə baş tutması üçün hər cür şərait yaradıblar. Bütün iştirakçılara uğurlar arzulayırıq”.
Qeyd edək ki, Dünya Kubokunda 41 ölkədən 116 gimnast qələbə uğrunda yarışır. İdmançılar fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər, eyni zamanda çoxnövçülük proqramında qüvvələrini sınayırlar.