Azərbaycanda oynamış ispan vinger 1-ci Liqa klubu ilə müqavilə bağladı

Azərbaycanda oynamış ispan vinger 1-ci Liqa klubu ilə müqavilə bağladı

2021/2022-ci illərdə "Sabah"da icarə əsasında çıxış etmiş Xuan Kamara komandasını yenidən dəyişib.

MediaSport.az xəbər verir ki, Bialstok klubu ötən mövsümün sonunda "Yagelloniya"ya qayıtmış ispan futbolçunu digər Polşa klubuna - "Zaqlebye"yə satıb.

29 yaşlı vinger 1-ci Liqaya vəsiqə qazanmış Sosnovieç təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

"Vilyarreal"ın yetirməsi Masazır klubunun heyətində 19 oyun keçirib, 4 qolla yadda qalıb.