Gürcüstan və Belarusla oyunlar üçün milliyə 24 futbolçu çağırıldı - SİYAHI
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
mediasport.az xəbər verir ki, yığma Gürcüstan və Belarusun U-19 komandaları ilə qarşılaşacaq.
Komandamız iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələdə təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində Gürcüstanla iyunun 16-da, 4 gün sonra isə Belarusla üz-üzə gələcək.
Baş məşqçi Aqil Nəbiyev düşərgəyə 24 futbolçu dəvət edib:
Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov, Sənan Ağalarov (hamısı “Qəbələ”), Aslan Şirinov, Rüfət Abbasov, Murad Məmmədov (hamısı “Neftçi”), Rəvan Mirzəmmədov, Tuncay Cəfərli, Fəxri Məmmədli (hamısı “Sabah”), Sadiq Məmmədzadə, Zaman Zamanlı (hər ikisi “Səbail”), Ayxan Qocayev, Nihad Əhmədzadə (hər ikisi “Sumqayıt”), Musa Məmmədov, Elton Mikayılov (hər ikisi “Qarabağ”), Xəyal Fərzullayev (MOİK), Edqar Adilxanov (“Şamaxı”), Murad Ələkbərov (“Zirə”), Sadiq Şəfiyev (“Turan Tovuz”), Raul Hacıyev (“Rustavi”, Gürcüstan), Nahid Əliyev (“Dinamo”, Sankt-Peterburq, Rusiya).