Ehtiram Quliyev "Turan Tovuz"un ilk prezidentini təbrik etdi - FOTOLAR
Tovuz şəhər stadionunda “Turan” PFK-nın təsisçisi və ilk prezidenti Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olunub.
Mediasport.az xəbər verir ki, tədbirdə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev və işçi heyəti, rayon ictimaiyyəti, veteran futbolçular və akademiya məşqçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Ehtiram Quliyev Vidadi Əhmədovun ölkə futboluna verdiyi töhfələr və onun yaratdığı “Turan”ın ölkə futbolunun inkişafında müstəsna xidmətinin olması haqda danışıb.
Səbəbkar klubun əmin əllərdə olduğunu qeyd edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Klubu rəhbəri tərəfindən V.Əhmədova xatirə hədiyyəsi təqdim edilib.
Ehtiram Quliyev Premyer Liqanın 9-cu turunun "Zirə" ilə matçından əvvəl isə meydana dəvət edilən Vidadi Əhmədova 70 nömrəli forma hədiyyə edib.