"Hazırlıq prosesi plan üzrə gedir, güləşçilər qələbəyə kökləniblər"
“Hazırlıq prosesi plan üzrə gedir. Güləşçilər qələbəyə kökləniblər. Ümid edirəm ki, Olimpiya Oyunlarında ən yaxşı güləşlərini nümayiş etdirəcəklər".
Mediasport.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycanın millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
Mütəxəssis Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək komandasının son durumunu dəyərləndirib:
"Son təlim-məşq toplanışı keçdik. Bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. Ümid edirəm ki, toplanışı zədəsiz başa vurarıq. Sonra Olimpiada bayramı başlayacaq”.
Qeyd edək ki, Azərbaycan Fransa paytaxtına 6 sərbəst güləşçi ilə yollanacaq və yarışlar avqustun 8-dən başlanacaq.