Həsrət Cəfərov yarımfinalda - Rəqib azərbaycanlı güləşçi olacaq

Həsrət Cəfərov yarımfinalda - Rəqib azərbaycanlı güləşçi olacaq

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda moldovalı Valentin Petiçlə qarşılaşıb.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərov 1/8 finalda Mohamed Elsayedidən (Misir) üstün olmuşdu.

O, yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

Görüş saat 20:15-də başlanacaq.