Orxan Aslanov Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı

Orxan Aslanov Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, Orxan bunu 7.29 metr nəticə ilə bacarıb.

Bu, Azərbaycanın Parisdə qazandığı 9-cu medalı olub.

İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva qızıl və gümüş (atletika), Orxan Aslanov, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.