Millimizin portuqallarla matçı bu xanıma tapşırıldı - AÇ-də pley-off

Millimizin portuqallarla matçı bu xanıma tapşırıldı - AÇ-də pley-off

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, artıq həmin görüşün hakim təyinatları açıqlanıb.

Oktyabrın 25-də Bakıda baş tutacaq görüşü Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı. Pley-off mərhələsi

25 oktyabr

16:00 Azərbaycan - Portuqaliya

Baş hakim: Fabien Mişel (Almaniya).

Baş hakimin köməkçiləri: Melissa Cos (Almaniya), Amina Sara Qutsçi (Avstriya).

Dördüncü hakim: Karolina Vaker (Almaniya).

VAR hakimləri: Katrin Rafalski, Yohann Pfeyfer (hər ikisi Almaniya).

Hakim-inspektor: Blazenka Loqaruşiç (Xorvatiya).

UEFA nümayəndəsi: Sanya Boşanaç Perişiç (Monteneqro).

"Dalğa Arena".