Yığmamız Millətlər Liqasında tarixi nəticəyə imza atıb - YENİLƏNİB

Yığmamız Millətlər Liqasında tarixi nəticəyə imza atıb - YENİLƏNİB

Qadın futbolçulardan ibarət Azərbaycan mill komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun kollektivi səfərdə məğlub etdiyi əsas rəqibi - Monteneqro yığması ilə Bakıda üz-üzə gəlib.

Rəqibini darmadağın edən yığmamız 4 turdan sonra 10 xalla qrup birinciliyinə yüksəlib. Komandamız tarixi nəticəylə sona 2 tur qalmış ən azı ikinci yerlə B liqasına vəsiqəni təmin edib.

2-ci pillədə qərarlaşmış Monteneqronun 6 xal var. Kipr 4 xalla üçüncü, Farer adaları isə 0 xalla sonuncudur.

Qeyd edək ki, millimizin qrupda Kiprlə səfər, Farer adaları ilə ev görüşləri qalır.


UEFA Millətlər Liqası. C liqası. Qrup mərhələsi. 4-cü tur


Azərbaycan – Monteneqro 3:0

Qollar: Manə Mollayeva, 58, Nazlıcan Parlaq, 62.ə, Ayşən Əhmədova, 84.

Baş hakim: Anastasiya Romanyuk

Baş hakimin köməkçiləri: Aleksandra Vdovina, İrina Petrova

Dördüncü hakim: Kristina Kozoroh (hakimlər Ukraynadandır)

31 oktyabr. “Dalğa Arena”. Saat 16:00