"Şəhərsiz komanda" - İtaliya mətbuatı "Qarabağ"dan yazdı
İtaliya mətbuatında “Qarabağ” futbol klubundan bəhs edilib.
Mediasport.az xəbər verir ki, nüfuzlu “Esquire” nəşri avokubokların iştirakçıları sırasında Ağdam klubunu da xüsusi vurğulayıb.
Yazıda Azərbaycan çempionunun uzun illər Ağdamda deyil, Bakıda məskunlaşdığına işarə vurub:
"Bəzi ölkələri ancaq Avropa Liqasında kəşf etmək olar. Məsələn, “Qarabağ”ın təmsil etdiyi Azərbaycan. Emannuele Culianellinin kitabından sitat gətirərək qeyd edək ki, bu "şəhərsiz komanda" olan bir klubdur. Ağdamda fəaliyyətə başlamış “Qarabağ” 1991-ci ilə qədər sovet çempionatlarında iştirak etmişdi. Sonradan Qarabağ müharibəsi səbəbindən klub faktiki olaraq öz doğma yurdundan didərgin salınmışdı. 1993-cü ildən bu komanda ev oyunlarının hamısını Azərbaycanın paytaxtı Bakıda keçirib".
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının əsas mərhələsində "Tottenhem", "Malmö", "Elfsborq", "Lion", "Ayaks", "Bude-Qlimt" və FKSB klubları ilə üz-üzə gələcək.