Nazirliyin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Gənclər və İdman Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Mediasport.az xəbər verir ki, nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və qurumun əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.