Yığma komandamız Avropa çempionatı üçün Xorvatiyaya yollandı

Yığma komandamız Avropa çempionatı üçün Xorvatiyaya yollandı

Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, komandamız qitə birinciliyində 4 tennisçi ilə mübarizə aparacaq.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizələrdə medal qazanmağa çalışacaq. Yığmamız ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya idmançıları ilə eyni qrupda gücünü sınayacaq.

Sabah başlanacaq Avropa çempionatı 4 gün davam edəcək.