“Riga City Council's Youth Cup” turnirinin ilk günündə 2 medal
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər.
Mediasport.az xəbər verir ki, milli komandamız yarışın ilk günündə aktivinə iki medal əlavə edib.
13 yaşadək idmançılar arasında Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, komanda Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.