Azərbaycanlı futbolçu Tailand klubu ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Tailand klubu ilə müqavilə bağladı

2020-ci ildən Taylandda çıxış edən Məmməd Quliyev özünə yeni komanda tapıb.

Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi növbəti dəfə Asiya ölkəsində forma geyinəcək.

O, 3-cü Liqa təmsilçisi "Muanqloei Yunayted" klubu ilə mövsümün sonunadək müddəti əhatə edəcək müqavilə bağlayıb.

Xatırladaq ki, Məmməd Quliyev Azərbaycanda “Rəvan”, “İnter”(indiki “Şamaxı”) və “Şüvəlan”dan sonra “Kamphaengphet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit” və “Saraburi Yunayted” (hamısı Tayland) komandalarında oynayıb.