Mutu bu futbolçunun qələmini qırdı: "Özünə yeni komanda tap"

Mutu bu futbolçunun qələmini qırdı: "Özünə yeni komanda tap"

Adrian Mutunun gəlişindən sonra əsas heyətdəki yerini itirən Höccət Haqqverdi "Neftçi"dən ayrılmaq üzrədir.

mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın yanvarda transfer etdiyi iranlı müdafiəçi rumıniyalı mütəxəssisin planlarına daxil deyil.

Çalışdırıcı heyət üzünə həsrət qalan milliləşdirilmiş futbolçu ilə görüşərək xəbərdarlıq edib: "Özünə yeni komanda tap".

Haqqverdinin meneceri transfer pəncərəsi bağlanmamış əlaqələrini işə salıb, yığmamızın üzvü hazırda bir neçə kluba təklif olunub. Onun avqustun sonuna qədər komandadan ayrılması mümkündür.

29 yaşlı müdafiəçinin paytaxt klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.