Yığma komandamız ikinci görüşdə Albaniya ilə bərabərə qalıb

Yığma komandamız ikinci görüşdə Albaniya ilə bərabərə qalıb

Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq matçına çıxıb.

Mediasport.az xəbər verir ki, növbəti dəfə Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:0 hesabına razılaşıb.

Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv iki gün öncə rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.