Azərbaycanlı futbolçunun atası həbsdə dünyasını dəyişdi

Azərbaycanlı futbolçunun atası həbsdə dünyasını dəyişdi

Bakıda daha bir məhkum həbsxanada vəfat edib.

mediasport.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Z.Novruzov "Bakı"nın yetirməsi, futbolçu Nurlan Novruzovun atasıdır. O, 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra intihar məqsədi ilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Z.Novruzovun həyatı xilas edilib. Məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.