7-ci turun 3 oyunu keçiriləcək

7-ci turun 3 oyunu keçiriləcək

Bu gün Azərbaycan Yüksək Liqasında kişi voleybolçuların mübarizəsində növbəti oyunlar baş tutacaq.

Mediasport.az xəbər verir ki, öncə "Xarı Bülbül Şuşa" MOİK-i qəbul edəcək.

Daha sonra "Xarı Bülbül Laçın" "Azərreyl"lə qarşılaşacaq.

Günün sonuncu qarşılaşmasında isə "Neftçi" "Murov Az Terminal"ın qonağı olacaq.

Azərbaycan Yüksək Liqası. 7-ci tur. Kişilərin mübarizəsi

14:00 "Xarı Bülbül Şuşa" - MOİK

16:00 "Xarı Bülbül Laçın" - "Azərreyl"

18:00 "Murov Az Terminal" - "Neftçi"