"Turan Tovuz" və "Araz-Naxçıvan"lıya şans vermədilər
Moldova milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Sergey Klesçenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Moldova millisində çıxış edən Azərbaycan Premyer Liqası təmsilçiləri - "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram matçı kənardan izləyib.
4 oyundan sonra 9 xal toplayan Moldova yığması D Liqasının 2-ci qrupunun lideridir.