"Qarabağ"dan milli komandalara gedənlərin sayı 12-yə çatdı

"Qarabağ"dan milli komandalara gedənlərin sayı 12-yə çatdı

“Qarabağ”ın daha bir futbolçusu ölkəsinin əsas milli komandasına dəvət alıb.

Mediasport.az xəbər verir ki, Patrik Andrade növbəti dəfə Kabo-Verde yığmasına çağırılıb.

Bununla da Ağdam klubundan millilərə yollanan futbolçuların sayı 13-ə çatıb.

8 üzvünü (Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Toral Bayramov, Aleksey İsayev və Musa Qurbanlı) Azərbaycan yığmasına göndərən ağdamlıların heyətindən Marko Yankoviç Monteneqro, Yassin Benzia Əlcəzair millisinin düşərgəsinə yola düşüb.

Ölkə çempionunun gənc qapıçısı Sadiq Məmmədzadə isə Avropa çempionatının seçmə mərhələsində İslandiya, İrlandiya və Moldova ilə matçlar üçün Azərbaycanın U-19 yığmasının sərəncamında olacaq.