Almaniya yeddi, Niderland dörd cavabsız qolla qələbə qazandı
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 9 qarşılaşma baş tutub.
Azərbaycan yığması Qəbələdə Estoniya ilə heç-heçə edib.
Türkiyə doğma azarkeşlər önündə Uelslə qarşılaşıb və meydandan 1 xalla ayrılıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun millisi Monteneqro İslandiyaya uduzub.
Marko matça start heyətdə başlayıb, Edvin isə sonradan oyuna daxil olub.
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramlı Moldova səfərdə Andorranı minimal hesabla üstələyib. Avram oyunu kənardan izləyib.
Gürcüstan Ukraynanı, Niderland Macarıstanı sınağa çəkib.
UEFA Millətlər Liqası. 5-ci tur
A Liqası. 3-cü qrup
Niderland - Macarıstan 4:0
Almaniya - Bosniya və Herseqovina 7:0
Xal durumu: Almaniya - 13, Niderland - 8, Macarıstan - 5, Bosniya və Herseqovina - 1
B Liqası. 1-ci qrup
Gürcüstan - Ukrayna 1:1
Albaniya - Çexiya 0:0
Xal durumu: Çexiya - 8, Gürcüstan - 7, Albaniya - 7, Ukrayna - 5
B Liqası. 4-cü qrup
Türkiyə - Uels 0:0
Monteneqro - İslandiya 0:2
Xal durumu: Türkiyə - 11, Uels - 9, İslandiya - 7, Monteneqro - 0
C Liqası. 1-ci qrup
Azərbaycan - Estoniya 0:0
İsveç - Slovakiya 2:1
Xal durumu: İsveç - 10, Slovakiya - 10, Estoniya - 3, Azərbaycan - 0
D Liqası. 2-ci qrup
Andorra - Moldova 0:1
Xal durumu: Moldova - 9, Malta - 6, Andorra - 0