Federasiya rəhbərinin "Beşiktaş"lı oğlu Azərbaycan millisində - FOTO

 Federasiya rəhbərinin "Beşiktaş"lı oğlu Azərbaycan millisində - FOTO

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 18-dən 24-nə qədər Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Mediasport.az xəbər verir ki, komandamız hazırlıq dönəmində noyabrın 20-də, saat 16:00-da “Qəbələ” klubunun U-17 komandası ilə yoxlama görüşü keçirəcək.

Baş məşqçi Füzuli Məmmədovun dəvət göndərdiyi oyunçular arasında 3 ölkədən legioner var. O, Türkiyə, Rusiya və Almaniya klublarının formasını geyinən həmyerlilərimizə dəvət göndərib.

Onlardan biri Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin oğlu Furqan Musayevdir.

"Qarabağ"ın yetirməsi olan yarımmüdafiəçi 2 ildən artıqdır "Beşiktaş"ın düşərgəsindədir və müvafiq yaş qrupu komandasında forma geyinir.