"Zirə"yə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin keçirilən son iclasında 3 komanda texniki məğlubiyyətlə üzləşib.
Mediasport.az xəbər verir ki, Gənclər Liqasında baş tutan "Zirə" - "Qəbələ" oyununda adı protokolda yer almayan futbolçu meydana daxil olduğuna görə "qartallar"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan "Latsio Baku" - "Zəngəzur" görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Buna görə də "Zəngəzur" texniki məğlubiyyətlə cəzalandırılıb.
U-10 Liqasında keçirilməsi planlaşdırılan "Bayern Baku" - "Karvan" (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.