"Azarkeşlər indi deyəcək ki, bizə yaxşı oyun yox, nəticə lazımdır"
"Nə qədər yaxşı oynasaq da, azarkeşlər indi deyəcək ki, bizə yaxşı oyun yox, nəticə lazımdır. Qrup oyunları başlayandan qələbə qazana bilməmişik".
Bu sözləri UEFA Millətlər Liqasının 5-ci turunun Estoniya ilə görüşündən sonra Mediasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev deyib.
Yığmanın müdafiəçisi qələbə qazana biləcəkləri matçda qol epizodlarından düzgün yararlana bilmədiklərini söyləyib:
"Çox istəyirdik ki, qalib gələk, azarkeşlərimizi, Qəbələ camaatını, xalqımızı sevindirək. Öz meydanımızda oynayırdıq, qalib gəlməyi çox istədik.
Rəqibin cərimə meydançasına qədər gəlib çıxırdıq. Amma epizodlardan düzgün istifadə edə bilmədik. Estoniya da daha yaxşı kompakt oyunu ilə müdafiədən oynayırdı. Ona görə epizodlardan yararlana bilmədik. Əfsuslar olsun ki, qalib gələcəyimiz matçda heç-heçə qeydə alındı. Halbuki qalib gələ bilərdik".
O, daha sonra 6-cı turun İsveçlə görüşünü də dəyərləndirib:
"Düşünürəm ki, çox çətin səfər olacaq. İsveç millisinin gücünü hamı bilir. Cəzalı duruma düşdüyüm üçün oynamayacam. Amma ürəyim komandamla olacaq. İnanıram ki, millimiz uğurlu olacaq. Təki, hər şey yaxşı olsun".
Elvin