Azərbaycanlı həkim AÇ-nin final mərhələsinə təyinat alıb - RƏSMİ
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Mediasport.az xəbər verir ki, Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində çalışacaq.
O, İtaliyanın Kopertino və Lecce şəhərlərində keçiriləcək oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.
Bu gün başlayacaq turnir iyulun 6-na qədər davam edəcək.