Əsas mərhələnin son turunun oyunlarının vaxtı dəqiqləşdi

Əsas mərhələnin son turunun oyunlarının vaxtı dəqiqləşdi

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib.

mediasport.az xəbər verir ki, dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının XII turu çərçivəsində “Abşeron” “Murov”la, “Azərreyl” UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi isə voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə “Murov” üz-üzə gələcək. 

Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda üçüncü yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi üç qələbəyə kimi oynanılacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.


Yüksək Liqa (qadınlar)

16:00 “Abşeron” - “Murov” (CBC sport-canlı)

18:00 “Azərreyl” - UNEC


Yüksək Liqa (kişilər)

16:00 MOİK - “Neftçi”

18:00 “Xarı bülbül” - “Murov”