İngiltərə Premyer Liqasını ölkəmizdə bu tv canlı yayımlayacaq - RƏSMİ

İngiltərə Premyer Liqasını ölkəmizdə bu tv canlı yayımlayacaq - RƏSMİ

Futbol üzrə İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünü Azərbaycanda canlı yayımlayacaq kanal müəyyənləşib.

mediasport.az xəbər verir ki, çempionatı ölkəmizdə "İdman TV" nümayiş etdirəcək.

Bu barədə telekanalın İdman departamentinin direktoru Rövşən Binnətli açıqlama yayıb. O, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“İngiltərə Premyer Liqası “İdman TV”də!

Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə…”