Elvin Məmmədov: "Bu gün üçün 1 xal bizi sevindirir, yaxşı oyun oldu"

Elvin Məmmədov: "Bu gün üçün 1 xal bizi sevindirir, yaxşı oyun oldu"

"Səbail"in müvəqqəti məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 13-cü turunun "Turan Tovuz"la görüşündən sonra (1:1) mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

"Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir".

Məmmədov sonra jurnalistlərin suallarını cavablandırıb:

Komandada çatışmayan nə var?

- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. 

Davam edəcəksiz? 

- Rəhbərliyə təşəkkür edirəm.