Gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək

Gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək

2025-ci ildə mini-futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının müraciəti müsbət cavablandırılıb.

Hazırda "Bakı-2025"lə bağlı tədbir keçirilir.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federiyasını prezidenti Filip Juda və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov iştirak edirlər.

Xatırladaq ki, son mundial 2023-cü ildə BƏƏ-nin Ras Əl-Xeymə şəhərində keçirilib və mill komandamız 4-cü yeri tutub.