"Aznur" günün ikinci matçında da heç-heçəyə razılaşdı - VİDEOLAR

"Aznur" günün ikinci matçında da heç-heçəyə razılaşdı - VİDEOLAR

Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin sonuncu oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, təmsilçilərimizdən "Aznur" günün ikinci oyununda "Andezit"lə "sülh" bağlayıb.

Rəcəb Fərəczadənin komandası günün ilk oyununda "Qalport"la (Polşa) da heç-heçə etmişdi (2:2).

E qrupunda yer alan "Birbaşa Bakı"nın ilk rəqibi "Livorno" olub və matç təmsilçimizin qələbəsi ilə bitib (1:3).

Günün sonuncu matçında onların rəqibi "Brno" (Çexiya) olacaq.

Minifutbol üzrə Çempionlar Liqası. Qrup mərhələsi

6 sentyabr

C qrupu

"Qalport" (Polşa) - "AzNur" 2:2

Qollar: Brayan Olkiyeviç, 1, Makiyej Şlivenski, 17 - Vüqar Rəhimov, 37, Rafiq Eyvazov, 41.



"AzNur" - "Andezit" (Ukrayna) 0:0



Xal durumu: "Qalport" - 5 xal, "Andezit" - 5 xal, "Aznur" - 5 xal, "Les Pyöpyo" (Fransa) - 0 xal.