Azərbaycan milli komandası dünya çempionatının 1/4 finalında!

Azərbaycan milli komandası dünya çempionatının 1/4 finalında!

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə şəhərində keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə mundialda iştirak edən və qrup mərhələsini maksimum nəticə - 9 xalla başa vuran Azərbaycan milli komandası bu raundda H qrupunun ikincisi Portuqaliya yığması ilə qarşılaşıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv pireneyli rəqiblərini 3:0 hesabı ilə darmadağın edərək mundialın 1/4 finalına çıxıb.

Qeyd edək ki, millimiz qrupda İraq (2:0), Misir (4:1) və Küveyt (3:1) seçmələrini məğlub edib.