"Portu"nun yetirməsi Azərbaycanda hər ay bir ətək pul qazanacaq
"Səbail" 2024-cü ilin ikinci transferini reallaşdırıb.
Mediasport.az sportinfo.az-a istinadən xəbər verir ki, Bayıl klubu keniyalı forvard Ayub Timbedən sonra yarımmüdafiəçi Madi Keta ilə anlaşıb.
"Portu"nun yetirməsi olan və karyerası əsasən Portuqaliya klubları ilə bağlı olan 25 yaşlı legionerlə 1,5 illik müqavilə razılaşdırılıb.
Onun burada qazanacağı pul da bəllidir. “Dənizçilər” afrikalıya aylıq 12 min dollar əməkhaqqı ödəyəcək.
Qvineya-Bissaudan olan Madinin sonuncu klubu Portuqaliyanın Sequnda Liqasında çıxış edən "Mafra"dır.
O, Portuqaliyanın Gənclər Liqasının (U-19) və beynəlxalq "UEFA International Cup" turnirinin qalibidir.
2018-ci ildə Londonda baş tutan final matçında "Arsenal"ı 1:0 yenərək turnirin qalibi olan "Portu"nun U-23 komandasının yeganə qoluna məhz Madi imza atıb.
Madi Keta Portuqaliyanın U-17 və U-19 millilərində çıxış etsə də, sonradan Qvineya-Bissau yığmasını seçib.
Afrika təmsilçisinin heyətində 2022-ci ilin iyununda debüt edib.