"Qəbələ" Ukrayna Premyer Liqasından yarımmüdafiəçi gətirdi
Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Mediasport.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə anlaşıblar.
Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb.
Karyerasına ölkəsinin “Platea Yunayted” komandasında başlayan Oçoveçi Portuqaliya klubu “Feyrense”nin də formasını geyinib.