"Neftçi"dən Sent Martin millisinə
“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.
mediasport.az xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “ağ-qaralar”ın heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.