Bakıda keçiriləcək Dünya Kubokunda ölkəmizi 4 idmançı təmsil edəcək
Martın 9-dan 12-dək Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında ölkəmizi 4 idmançı təmsil edəcək.
mediasport.az xəbər verir ki, turnirdə Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov medallar uğrunda mübarizə aparacaqlar.
Qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.