Millimiz Dünya Kubokuna yollandı
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan yığması Portuqaliyanın Santarem şəhərində keçiriləcək Dünya Kubokuna yola düşüb.
MediaSport.az xəbər verir ki, 1-2 iyul tarixlərində baş tutacaq yarışda Selcan Mahsudova (batut gimnastikası), Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) mübarizə aparacaqlar.
İdmançılarımız iştiraklarını başa vurduqdan sonra Portuqaliyanın Koimbra şəhərinə gedərək, 7-8 iyulda keçiriləcək daha bir Dünya Kubokunda qüvvələrini sınayacaqlar.