Azərbaycan Portuqaliyada 3 qızıl medal qazandı - Dünya çempionatı

  Azərbaycan Portuqaliyada 3 qızıl medal qazandı - Dünya çempionatı

Portuqaliyada akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, turnirdə ilk dəfə iştirak edən qarışıq cütlüyümüz - Raziyə Seyidli və Ağasif Rəhimov balans hərəkətlərində 1-ci pillənin sahibi olublar.

Buna qədər kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər və balans hərəkətləri üzrə final mərhələsində iki qızıl medal qazanıblar.